news Image
2014.10.11
14:00
| A A A
Samsung Galaxy Note 4 də büküldü

ABŞ mənşəli Apple, yeni admiral gəmisi iPhone 6-nı tanıtdıqdan sonra qısa bir zaman keçmişdi ki, cihazın əyildiyi xəbərləri gəldi. Movqe.az xəbər verir ki , digər ağıllı telefon istehsalçıları iPhone 6-nı ictimai mediada lağ mövzusu etmişdi. Bu şirkətlərin başında da Cənubi Koreyalı Samsung firması gəlirdi.


iPhone 6 Plus'un əyilməsini fürsət bilən Samsung, yeni telefonu Galaxy Note 4-ün əyilmədiyini göstərən dayanıqlılıq testlərini nümayiş etdirmişdi. Ancaq xüsusi laboratoriyalarda edilən testin istifadəçinin gözündə bir əhəmiyyəti yox idi. Şirkət hər nə qədər Galaxy Note 4 möhkəmdir desədə, iPhone 6 Plus'u əyməsiylə tanıdığımız Lewis Hilsenteger, bu dəfə Samsungun yeni admiral olan Galaxy Note 4-ünü bükdü.


Ölkəmizdə çox istifadə edilən  "Gülmə qonşuna, gəlir başına" atalar sözünün doğruluğu bir daha sübut oldu. Levis Hilsenteger əlində bu dəfə Samsung Galaxy Note 4 ilə kamera qarşısına keçdi və iPhone 6 Plus'un büküldüyü yerdən, Galaxy Note 4-ün də bükülə biləcəyini isbat etdi. Galaxy Note 4ün əyilmə anını aşağıdakı videodan izləyə bilərsiniz.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs