Əlaqə Arxiv
news Image
2014.10.14
19:15
| A A A
Qəhvə baş ağrılarını azaldır

Bu içki baş ağrıları zamanı 40 faiz daha yaxşı nəticə göstərir.

Qəhvənin asılılıq yaratdığı aparılan araşdırmalar nəticəsində bəlli idi. Amerikada aparılan araşdırma isə onun faydalarını üzə çıxarıb. 

Bəlli olub ki, bir fincan qəhvə baş ağrısı, qaraciyər və mədə problemlərinə qarşı faydalıdır.


Xərçəng

Yaşıl və qara çay kimi qəhvənin də tərkibində antioksidantlar var. Bu da xərçəngə yol açan hüceyrələrin çoxalmasına mane olur. İmmuniteti gücləndirir.


Baş ağrıları

Qəhvənin tərkibində baş ağrısı dərmanlarında olan bəzi maddələr var. Bu xüsusiyyətinə görə qəhvə ağrıkəsicilərlə müqayisədə baş ağrılarında 40 faiz daha təsirli nəticə göstərir.


Beyinin oyanması

Qəhvə diqqətin cəmlənməsinə kömək edir. İnsanın özünü daha gümrah hiss etməsinə səbəb olur. Aparılan eksperimentlər məktəblilərin az miqdarda südlü qəhvə içdikləri zaman dərslərdə daha fəal olduqlarını üzə çıxarıb.


Qaraciyər sağlamlığı

Müntəzəm olaraq qəhvə içənlərin serroz kimi qaraciyər xəstəliklərindən daha az əziyyət çəkdiyi ortaya çıxıb.


Dəri

Qəhvə həm də sellülitə qarşı faydalıdır. Lakin sellülitlə mübarizədə ancaq qəhvəyə etibar etmək olmaz.


Parkinson

Gündə bir fincan qəhvə içən kişilərdə Parkinson xəstəliyinə tutulma riski nisbətən azalır.

Sizin Reklam Yeriniz