news Image
2012.07.18
16:13
| A A A
Sosial şəbəkələrə maraq artır

Movqe.az xəbər verir ki, ümumi üzv sayı 100 milyondan çox olan 13 internet saytında, ən az 4,5 milyarddan çox abunə hesabı mövcuddur. Müxtəlif internet saytlarından yığılan məlumatlara əsasən son 3 il ərzində 13 şəbəkə, 100 milyondan çox abunə hesabı açılıb. Sözügedən saytların aktiv abunə sayları, məlumat tarixi və ölkə adları belədir: Facebook 900 Aprel 2012, ABŞ Qzone 536 Dekabr 2011, Çin Twitter 500 Aprel 2012 , ABŞ Windows Live 330 İyun 2009 , ABŞ Tancent Weibo 310 Dekabr 2011 , Çin Sina Weibo 300 Fevral 2012,  Çin Google 250 İyun 2012, ABŞ Habbo 230 Sentyabr 2011, Finlandiya VK (V Konakte) 172 İyun 2012,Rusiya Badoo 151 Aprel 2012, ABŞ Skype 663 Sentyabr 2011, ABŞ Bebo 117 İyul 2010, ABŞ Linkedln 100 Mart 2011. ABŞ-ın Kaliforniya əyalətində 2004-cü ildə qurulan "Facebook", istər istifadəçi sayı,istərsə də məzmun mənasında böyük bir müvəffəqiyyət əldə edib. "Facebook"un rəsmi məlumatlarına görə 2012-ci ilin mart ayından etibarən 901, gündəlik 526 milyon istifadəçi saytı ziyarət edir.  Aylıq aktiv istifadəçilərin 80%-i ABŞ və Kanadadan xaricində yaşayır. Saytdakı istifadəçilərin ''dost''luq siyahılarında 125 milyard ad var. Bu ilin ilk üç ayı sayta hər gün təxminən 300 milyon foto şəkil əlavə olunub. Sayt 70-dən çox dil və dialekti dəstəkləyir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs