news Image
2014.10.17
08:00
| A A A
Hindistanın ən məşum binaları

Hindistan Yer kürəsində ən qədim, ekzotika ilə zəngin xüsusi mədəniyyəti olan və digər heç bir dövlətə bənzəməyən sirrli ölkədir. Amma orada təkcə sehrbazlar, müdriklər və maqlar yox, həmçinin kabuslar da dolaşırlar. Bu gün Hindistanın axirət dünyası məxluqlarının məskunlaşdığı ən mistik binalarını təqdim edirik.

Kəlküttə Milli Kitabxanası qədim Belveder malikanəsinin əsas binasında yerləşir. Malikanənin ilk sahibi şahzadə Dvarkanath Taqor olub. Qeyd edək ki, 2010-cu ildə binanın birinci mərtəbəsində divarlar arasında qalmış 304 kvadratmetr sahəsi olan otaq aşkar edilib.

Hesab olunur ki, kitabxanada ruhlar gəzir. Gecələr burada tez-tez müxtəlif səslər, həmçinin addım səsləri eşidilir. Bəzən səhərlər arxiv materiallarını masanın üzərində səpələnmiş vəziyyətdə tapırlar. Amma ən səs-küylü hadisə gecə vaxtı işləmək üçün arxivdə qalan tələbə ilə bağlı olub. O, burada Viktorian dövrünə aid materialları toplayarkən izsiz olaraq yoxa çıxıb.

Alipurdakı Hastinsin evi də Belveder malikanəsinin bir hissəsidir və nə vaxtsa general-qubernatorun iqamətgahı kimi istifadə olunub. Indi binada Kəlküttə Universitetinin qadın kolleci yerləşir. Bu yerlə bağlı çoxlu mistik hadisələr məlumdur. Belə ki, bildirilir ki, gecələr burada yeraltı dəmir yolunun səsi eşidilir, zaman-zaman kollecin ərazisində iblis cildinə girmiş qadın görürlər, bir dəfə isə binaya mərkəzi girişdən ata qoşulmuş kölgə kimi görünən araba daxil olub və onun içərisində mərhum general-qubernator əyləşib. O, içəriyə daxil olaraq hansısa sənədləri axtarıb. Idman meydançasında isə futbol oynayan vaxt ölən oğlanın ruhunu görürlər.

Haydarabaddan qərbdə nə vaxtsa racə (Hindistanda hakim) Kakatiyanın iqamətgahı olmuş Qolkand qalası vardır. Buranın hakimi şah Abdulla, Tramati adlı macəraçı qadınla evlənib. Hər ikisini öldükdən sonra qala yaxınlığındakı kral qəbirstanlığında dəfn ediblər. Deyirlər ki, gecələr Tramatinin ruhu taxt-tac salonunda rəqs təşkil edir. Binada həmçinin poltergeyst təzahürü də baş verir- hansısa kölgələr hərəkət edir, dəhşətli səslər eşidilir, əşylar düşür, divarlardakı şəkillər çevrilir və digər qəribə hadisələr baş verir.

Dehlidəki Firuzşah Tuqlak tərəfindən inşa edilmiş Firuzabad qalasından indi xarabalıqlar qalıb. Inanclara görə, orada cinlər məskunlaşəb. Bu yerlər fəal şəkildə qatilləri oraya cəlb edir, bu xarabalıqlarda ölümə qol qoymuş kabuslar dolaşır. Qalada quyular da vardır. Inanclara görə, hər gecə oraya pərilər enir. Əgər kimsə onları görürsə, gözləri kor olur. Indi ətrafdakı evləri elə tikirlər ki, giriş və pəncərələri Firuzabada baxmasın, çünki ruhlar qarşısında yerli əhalinin qorxusu çox gücldür.

Şanivar Vada istehkamı Kasba Pet rayonundakı Mula-Mutha çayı sahilində inşa edilib və eyni vaxtda həm saray, həm də qala rolunu oynayıb. 1818-ci ildə yanğın nəticəsində binanın böyük hissəsi yanıb. Günəş batandan sonra, xüsusilə Ay bədrlənəndə yerli sakinlər dəhşətli qışqırıqları eşitməkdən qorxaraq buradan uzaq durmağa çalışırlar. Qışqırıq siyasi fitnələr səbəbindən öz qohumları tərəfindən qəddarcasına qətlə yetirilmiş 13 yaşlı şahzadə-yeniyetməyə məxsusdur.

1613-cü ildə hökmdar Madho Sinqh tərəfindən Racastxanda inşa edilmiş Bhangarh istehkamı da pis adla məşhurdur. Əfsanəyə görə, bina əvvəlcə elə tikilib ki, günəş şüaları düşərkən onun kölgəsi ustad Balu Nathanın evinə çatmasın. Amma Madho Sinqh öldükdən sonra onun oğlu binanın üstünü tikib və evin damı daim uçmağa başlayıb.

Həmçinin başqa bir əfsanəyə görə, qalaçanın tarixi maq Sinqhia və onun məhəbbətini rədd edən və onu elə maqın öz cadusu ilə qətlə yetirən şahzadə xanım Ratnavali ilə bağlıdır. Cadugər ölərkən şahzadəni və eyni vaxtda həmin yeri lənətləyib. Indi günəşin batması və çıxması arasındakı vaxtda qalaya düşən adam həmişəlik yoxa çıxa bilər. Yerli sakinlər inanır ki, orada çoxlu ruhlar vardır və tez, ya gec, şahzadə Ratnavali lənəti tilsimsizləşdirərək yenidən doğulacaq.

Racastxandakı Brijraj Bhavan sarayında, sanki, Britaniya hökumətinin üzvlərindən biri, mayor Çarl Bartonun kabusu dolaşır. Mayor oğulları ilə birlikdə 1857-ci ildə sipahilər üsyanı zamanı güllələnib. Indi orada otel yerləşir. Mühafizəçilər danışırlar ki, bəzən onlar postda siqaret çəkən və ya yuxulayan vaxt kiminsə görünməz əli onların çiyninə zərbə endirir. Gələn kirayınişinləri də narahat edirlər: onlar hərdən kiminsə müdaxiləsini hiss edirlər.

Daha bir "pis" otel Missuridəki "Savoy" otelidir. Qotik üslubunda olan bu bina 1902-ci ildə Böyük Britaniya canişini üçün inşa edilib. 1911-ci ildə orada iki britaniyalı qadın-medium – Frensis Qarnett-Orme və Yeva Mauntştefen qalıblar. Bir səhər oteldə Frensisi ölmüş vəziyyətdə tapıblar, Yevanı isə, rəfiqəsini zəhərlədiyinə görə şübhəli biliblər. Amma məhkəmə qadına bəraət verib. Qarnett-Ormenin kabusu isə indiyə kimi oteldə dolaşmaqdadır. Hesab edirlər ki, o, öz qatilini axtarır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs