Əlaqə Arxiv
news Image
2014.10.17
11:55
| A A A
Marsın ən yeni görüntüləri - FOTOLAR

Amerika Aviasiya və Kosmos Dairəsinə (NASA) aid Maven kosmos vasitəsi, Marsdan ilk görüntülərini çəkib. 


NASA tərəfindən edilən şərhdə, təxminən on ay davam edən 711 milyon kilometrlik səfərin ardınca 21 sentyabrda Qırmızı Planetin orbitinə girən "Mars Atmosphere and volatile Evolution" -Maven robot kosmos vasitəsinin, Günəşdən qopan və kosmosda gəzən parçacıqlarının Marsda səbəb olduğu fırtınayla bağlı görüntülər göndərdiyi deyilib.



Şərhdə, kosmos vasitəsinin Ultrabənövşəyi Spektrograf vasitəsilə Qırmızı Planeti əhatə edən atmosferdə seyrək  olan oksigen, hidrogen və karbon Korona infraqırmızı görüntüləri və koronaların altındakı atmosferdə son dərəcə dəyişən ozon təbəqəsinin aydın xəritəsini göndərdiyi qeyd edilib. 


Maven Proyektindən Brus Cakoski, kosmos vasitəsinin orbitini alçaldaraq üzərindəki cihazları sınamağa başladığını söyləyib. 




ABŞ-ın Cape Canaveral Əsasından 18 noyabr 2013-cü ildən atılan Maven, Dünyanın qonşusu Marsın milyardlarla il əvvəl isti bir planetdən necə soyuq bir planetə çevrildiyinə işıq tutacaq. 





Sizin Reklam Yeriniz