news Image
2014.10.18
07:42
| A A A
“Rozetta” kosmik zondunun iş planı açıqlanıb

Avropa Kosmik Agentliyi (ESA) yaxın aylarda kometlərin təsdiq olunmuş tədqiqat planlarını açıqlayıb. Güman edildiyi kimi, noyabrın 12-də "Rozette" kosmik aparatı Çuryumov-Gerasimenko kometinə mobil modul göndərəcək, o, J sahəsinə enəcək, sonra zonda, oradan isə Yerə informasiya ötürməyə başlayacaq. Təfərrüatlar barədə ESA-nın veb-saytı məlumat verib.

Əməliyyat ərəfəsində "Rozetta" kosmik aparatı Philae mobil moduluna lazımi trayekteriyanı keçməyə imkan verən manevr etməlidir. Buraxılışın ilkin vaxtı saat 12:35-ə (Bakı vaxtilə) nəzərdə tutulub, bu zaman "Rozetta" kometin səthindən 20,5 kilometr məsafədə olacaq. Dəqiq vaxt noyabrın 11-dən 12-ə keçən gecə missiyanı idarə mərkəzində müəyyən ediləcək.

Ayrılmanın nəticələri saat 13:03-də, kometə enmə vaxtı isə saat 20-yə yaxın olacaq, çünki siqnal "Rozetta"dan Yerə 28 dəqiqə 20 saniyəyə çatır.

Əgər hər şey plan üzrə gedərsə, onda "Rozetta"nın kometdən ayrıldığı növbəti iki saatda o, Philae ilə rabitə yaratmaq üçün istiqamətlənəcək. Amma "Rozetta" missiyasının rəhbərlərindən biri, astronom Fred Yansen bildirib ki, əgər hansısa mərhələdə nəsə düz getməzsə, əməliyyatı dayandırmaq və hər şeyi yenidən başlamaq lazımdır.

Kosmik aparatdan ayrıldıqdan sonra Philae modulu "Rozetta"nın "vida" şəklini çəkəcək, enəndən sonra isə yeddi saat ərzində kometin yaxınlığından toz, qaz və plazma nümunələri götürəcək. Gözlənilir ki, ilk təsvirlər Yerdə bir neçə saatdan sonra alınacaq. Modul kometin səthini oraya endikdən dərhl sonra tədqiq etməyə başalayacaq.

Modulun batareyasının enerjisi, ən azı, 64 saata çatacaq. Bundan sonra Philae-nin nə qədər davam gətirəcəyi onun günəş batareyalarının işindən və üzərinə çökən tozun miqdarından asılı olacaq. Istənilən halda komet gələn ilin mart ayına kimi Günəşə o qədər yaxınlaşacaq ki, onun səthindəki temperatur modulun işləməsinə imkan verən normadan artıq olacaq.

"Rozetta"ya gəldikdə isə, o, kometi uzun müddət təqib edəcək. Kosmik aparat kometin Günəşə maksimum yaxınlaşmasını qeydə almalı, sonra isə, onu artıq Günəş sisteminin hüdudlarından kənarda izləməlidir.

"Rozetta" missiyası kometləri öyrənməkdə misilsiz addımdır. O, Günəşin və Günəş sisteminin və həmçinin, ola bilər ki, Yerin tarixinə aydınlıq gətirməlidir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs