Əlaqə Arxiv
news Image
2014.10.20
11:17
| A A A
iOS 8.1 bu gün gəlir!

Apple, iOS 8-ə gələcək ilk yeniləmə iOS 8.1-in nə vaxt gələcəyini və yeniliklərini ortaya çıxarıb. 


Apple-ın dünənki fəaliyyətində iOS 8-ə gələcək aktuallaşdırmanın tarixi də müəyyən olub. Firmanın Proqramlaşdırma Mühəndisliyi hissəsinin baş vitse-prezidenti Kreyq Federighi, iOS 8.1 ilə gələcək bəzi yeniliklərdən də bəhs edib. 


20 oktyabrda yayımlanacaq iOS 8.1 yeniləməsi, iPhone 6 və iPhone 6 Plus-a Apple Pay dəstəyini gətirəcək. iOS 8 bununla yanaşı  iCloud fotoşəkil kitabxanasının beta versiyası gəlir. Kamera Rulosunun geri dönüşü də iOS 8.1-in gəlməsiylə reallaşacaq. 




Federighi, Applenin iOS 8-ə gələcək bu ilk yeniləməsiylə  müştərilərinin tələblərini yerinə yetirmək istədiklərini söyləyir. 

Sizin Reklam Yeriniz