news Image
2014.10.22
08:00
| A A A
Təbiətlə qovuşmaq gücün bərpa olunmasında kömək edir

Tam dəqiqliyə varılmazsa, demək olar ki, ekoloji turizm ətrafın gözəlliyini görmək üçün təbiətin bakirələyini pozmadan hələ sivilizasiyanın toxunmadığı yerlərə səyahət etmək deməkdir.

Indi ekoturizm çox populyardır. Insanlar təbiətdən təcrid olunduqlarına görə sivilizaiyanın bəxş etdiyi nemətlərdən yorulub və bunun əvəzini ödəmək lazım gəlir. Onlar bilməlidirlər ki, xəstəliklərin çoxu məhz bu yorğunluq səbəbindən əmələ gəlir.

Ekoturizmin ən cəlbedici tərəfi təbiətin ilkin gözəlliyi ilə insanın birbaşa təmas yaratmasına imkan verməkdir.

Ekoloji turizm təbiətə qayğıkeş yanaşmanı vərdiş etdirir, onu qorumaq həvəsi aşılayır və turistlərin ekoloji mədəniyyətini formalaşdırır. Hissiyyatın kəskinliyi dərəcəsinə görə ekoturizm adi turizm və ekstremal istirahət arasında yerləşir.

Ekoturizmdə xüsusi risk yoxdur, lakin maraqlı macəra duyğusu vardır. Vəhşi təbiət şəraitində yaşamaq, bulaq suyu içmək, dağ şəlalərində çimmək çox qeyri-adidir. Məlumdur ki, bulaq suyunun tərkibində insana lazım olan bütün maddələr vardır. Bu cür suyu hətta super filtrdən sonra da almaq mümkün deyildir.

Ekoturizmin piyada, atla, su üzərində səyahət, kənd və s. növləri ola bilər. Mahiyyətcə, bu turizm növlərinin hamısı təbiətə zərər vurmadan həyata keçirilir. Ekoturizm insanın təbiətlə sıx və harmonik təmasını nəzərdə tutur. Bu səyahət növü özündə həm sakit istirahəti, həm də mümkün fiziki yüklənməni birləşdirir. Ekoturizm insandan heç bir hazırlıq tələb etmir.

Toxunulmamış yerlərə getməkdən hər kəs həzz ala bilər. Ekoloji səyahətlərin əsas tələbi – təbiətə ziyan vurmamağı və orada qonaq olduğunuzu unutmamağı yadda saxlamaqdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs