news Image
2014.10.22
08:09
| A A A
Yerdə temperatur rekordu qeydə alınacaq

Yerdəki temperaturlar yeni rekordlar vurmaqda davam edir və bu il 135 illik meteoroloji müşahidələr tarixində ən isti il ola bilər.

Bu barədə Okean və Atmosferin tədqiqi üzrə ABŞ Milli İdarəsindən məlumat verilib.

Orada qeyd edilir ki, sentyabrda planetimizdə orta temperatur 15,72 ºS təşkil edib və bu, əvvəlki illərlə müqayisədə ən yüksək temperaturdur. Bu il rekord temperaturlar artıq may, iyun və avqust aylarında da qeydə alınıb.

Amerikalı alimlər həmçinin qeyd ediblər ki, cari ilin ilk doqquz ayında Yerdəki orta temperatur 14,78 ºS-yə çatıb. Yanvardan sentyabra kimi bu cür yüksək tempratur yalnız 1998-ci ildə olub. Adıçəkilən idarənin aparıcı əməkdaşı Cessika Blanden bildirib ki, 2014-cü il, ümumilikdə, bütün əvvəlki rekordları təzələyəcək.

Amerika hökumət ekspertlərinin məlumatına görə, ötən il planetimizdə orta temperatur Selsi üzrə 14,52 dərəcəyə çatıb. Bunun nəticəsində 2013-cü il temperatur göstəriciləri üzrə 1880-ci ildən başlayaraq dördüncü yerə düşüb.

Alimlər hesab edirlər ki, qlobal istiləşmənin əsas səbəblərindən biri Yerin atmosferinə atılan karbon qazı nəticəsində əmələ gələn buxarxana effektidir. Mütəxəssislər hesablayıblar ki, ötən il atmosferdə karbon qazının miqdarı 135 illik tarixi olan səviyyədən iki dəfə yüksək olub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs