Əlaqə Arxiv
news Image
2014.10.25
15:02
| A A A
Ekzotik meyvənin bilmədiyiniz faydaları

Əgər orqanizminizdə yod çatışmamazlığı varsa, maddələr mübadiləniz pozulubsa, təzyiqinizdə problem yaşayırsınızsa, qastritdən əziyyət çəkirsinizsə, o zaman dərhal dərman qəbuluna tələsməyin.Movqe.az xəbər verir ki , bir çox xəstəlikləri təbii yolla sağaltmaq mümkündür.Yetər ki,yemək menyunuzun tərkibinə feyxoa əlavə edin Feyxoa-ekzotik meyvədir.

Adətən noyabr ayının ortaları və yanvar ayının sonu ən məhsuldar dövrüdür.Vətəni Cənubi Amerikadır.Əsasən Braziliyada,Kolumbiyada,Uruqvayda və Arqentinanın şimal hissəsində yetişir. Feyxoa XIX əsrdə meydana gəlmişdir. Həmişəyaşıl ağaclar sinifinə aiddir. Bu meyvə Braziliya təbiətşünası "Joao da Silva Feyxo" nun şərəfinə feyxoa adlandırılmışdır.


Feyxoanın tam tərkibinin müəyyən edilməsində bu şəxsin əvəzsiz rolu olmuşdur.Feyxoa yeganə meyvədir ki,orqanizmi yodla təmin etməsinə görə onu dəniz məhsulları ilə müqayisə etmək olar.Maraqlı bir sual çıxır ortaya-bəs nə üçün yod bizim orqanizmimizə lazimdır? Cavab çox sadədir-çünki yod insanın yaddaşını gücləndirir,eyni zamanda düşünmə qabiliyyətinin fəal inkişafına səbəb olur, habelə insanı psixi pozğunluqlardan tamamilə uzaqlaşdırır.

Əgər orqanizminizdə yod yeterincədirsə,o zaman əmin olun ki,siz özünüzü gümrah,şən,əks halda siz daim özünüzü yorğun,gücdən düşmüş və sanki heç nəyə həvəsiniz olmamış kimi hiss edəcəksiniz.Yodla bərabər feyxoa özündə 93 mineral maddələri cəmləşdirir.Feyxoanın tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər,habelə təbiətin ona bəxş etdiyi alma turşusu da vardır.


Bu da insanın simasına xüsusilə gözəllik verir.Feyxoa eyni zamanda qalxanvari vəzini, ateroskleroz, pielonefrit, mədə-bağırsaq və s. kimi xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir.Əgər sizin dəri ilə probleminiz varsa o zaman feyxoa yağı istifadə edə bilərsiniz.Nəticənin mükəmməl olacağından əmin olun.

Sizin Reklam Yeriniz