news Image
2014.10.29
09:15
| A A A
Günəş işığı piylənmə və diabetin inkişafını ləngidir

Şelli Gormanın rəhbərliyi ilə Avstraliya və Şotlandiya alimləri bir sıra eksperimentlərin nəticələrinə görə bu qənaətə gəliblər ki, günəş işığının orta təsiri siçanlarda piylənmənin inkişafını ləngidə və diabetin ilkin əlamətlərinin yaranmasına mane ola bilir. Bu, dərinin səthində azot-oksidin əmələ gəlməsi sayəsində baş verir. Tədqiqatçılar gəldikləri nəticə barədə Diabetes jurnalında dərc etdirdikləri məqalədə məlumat veriblər.

Alimlər eksperiment çərçivəsində siçanları günəş işığının analoqu olan ultrabənövşəyi şüalanmaya məruz qoyublar. Məlum olub ki, nəticədə güclü yemləmə prosesində olan siçanlarda çəki artımı kifayət qədər ləngiyib. Bundan başqa, siçanların bu qrupunda qlükozanın səviyyəsinin normadan artıq olması və insulinə qarşı dayanıqlıq kimi diabetin ilkin əlamətləri daha gec əmələ gəlib.

Alimlər bu cür effekti azot-oksidin təsiri ilə izah edirlər. Bu birləşmə ultrabənövşəyi şüalanmanın təsiri nəticəsində dəri örtüyündə ifraz olunur. Alimlər öz nəzəriyyələrinin təsdiqi üçün şüalanma əvəzinə siçanların dərisinə birbaşa azot-oksid çəkiblər və effekt eyni olub.

Alimlərin sözlərinə görə, günəş şüalarına cavab olaraq insanın orqanizmində ifraz olunan D vitamini bu eksperimentdə heç bir təsir göstərməyib.

Daha əvvəlki tədqiqatlarda artıq müəyyən edilib ki, günəş işığının təsiri altında ifraz olunan azot-oksid yüksək qan təzyiqinin azalmasına kömək edir.

Tədqiqatçıların sözlərinə görə, indi bu maddənin metabolik proseslərə təsiri haqqında da danışmaq olar.

Buna baxmayaraq, eksperimentin nəticələrini insanlarda da yoxlamaq lazımdır. Əgər bu yoxlama müsbət nəticələr verərsə, pəhriz və fiziki yüklənmələrlə yanaşı, günəş vannalarını da artıq çəki və diabetin effektiv profilaktikası üsullarına daxil etmək olar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs