news Image
2014.10.29
10:13
| A A A
NASA kosmik gəmi buraxdı, raket 5 saniyə sonra partladı - VİDEO

ABŞ-ın "Cygnus" kosmik yük gəmisini orbitə çıxaracaq "Antares" daşıyıcı raketi Atlantik okeanı sahilindəki Uollops kosmodromda start zamanı partlayıb.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, partlayış yerli vaxtla saat 02.23-də baş verib.

Partlayışın səbəbləri açıqlanmır. Hadisə nəticəsində xəsarət alan olmayıb. Məlumata görə, "Cygnus" yük gəmisi Beynəlxalq Kosmik Stansiyanın ekipajı üçün 2,29 ton avadanlıq çatdırmalıymış.

Kosmik yük gəmisinin işə salınması Amerika Milli Kosmik Agentliyinin (NASA) saytında birbaşa yayımda translyasiya edilib. "Biz təsdiq edirik ki, "Cygnus"u itirdik", -deyə NASA-nın idarə mərkəzindən bildiriblər.

Məlumata görə, "Cygnus" işə salınması bazar ertəsi olmalı həyata keçirilməliymiş. Lakin bu, hansısa naməlum səbəbdən startə təxirə salınıb. Kosmik yük gəmisinin 2 noyabrda Beynəlxalq Kosmik Stansiya ilə birləşdirilməsi nəzərdə tutulurdu.

"Cygnus" "Orbital Sciences" şirkəti tərəfindən hazırlanıb. Şirkət 2016-cı ilin sonuna kimi Beynəlxalq Kosmik Stansiyaya səkkiz kosmik yük gəmisinin göndərilməsi barədə NASA ilə 1,9 milyard dollarlıq müqavilə bağlayıb.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs