Əlaqə Arxiv
news Image
2012.07.23
15:27
| A A A
“Nexus 7”də qəribə problem

Movqe.az xəbər verir ki, "Google" tableti "Nexus 7"ni alanlar maraqlı problemlə üzləşiblər. Google İ / O konfransında "Asus" ilə ortaq şəkildə ərsəyə gətirilən "Nexus 7" tableti çox yaxşı reaksiyalar almış və müvəffəqiyyətli satış rəqəmləri əldə etmişdi. Dörd nüvəli prosessor və Tegra 3 çip setinə sahib olan tablet 199 dollar kimi uyğun bir rəqəmə satılırdı və Nexus 7-nin əslində yüksək səviyyəli bir cihaz olduğunu düşündükdə qiymətinin qarşılığını da artıqlaması ilə ödəyirdi. Lakin bütün bu uğurlarla yanaşı yeni tabletin pis istehsal keyfiyyətinə sahib olduğu xəbərləri də eşidilirdi. Bunlardan birinə görə bəzi istifadəçilər "Nexus 7"nin ekranının zəif olduğundan və gövdədən ayrıldığında, bəzən ekrana basıldığında cihazın qıcırdadığından şikayət edirdi. Bu problemi aradan qaldırmaq mümkün olub. Belə ki, cihazın arxasında ekranın yerindən oynamasına maneə törədən vintlər var. Bunların sıxılması ilə problemi həll etmək mümkündür.

Sizin Reklam Yeriniz