news Image
2012.07.24
16:02
| A A A
“Samsung” iki ayda 10 milyon ədəd “Galaxy SIII” satıb
Movqe.az xəbər verir ki, "Galaxy S3" marka telefonuyla ağıllı telefon bazarına sürətli giriş edən Samsung "10 milyonluq satış" hədəfinə yalnız iki ayda nail olub. 140 ölkədə satışa təqdim edilən "Galaxy S3"ün satışının stimullaşdırılması prosesinin yaxşı idarə olunması, şübhəsiz bu müvəffəqiyyəti gətirən əhəmiyyətli faktorlardandır. Bilindiyi kimi "S3"ün may ayında satışı dayandırılsa da ay sonunda yenidən fəaliyyətinə davam etmişdi. Texnologiya möcüzəsi cihaz ilk araşdırmalardan sonra 4,8 düymlük nəhəng ekranı, dörd nüvəli prosessoru və son dərəcə parlaq "Super AMOLED HD" displey ilə göz oxşayıb. Bununla bərabər Samsung ağıllı cihazına üz tanıma texnologiyası və "Apple"nin səsli assistenti "Siri"lə rəqabət aparması üçün "S Voice" kimi yeniliklər gətirmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs