Əlaqə Arxiv
news Image
2012.07.25
18:03
| A A A
Günəş enerjisiylə 6000 kilometr uçdu

Movqe.az xəbər verir ki, Günəş enerjisiylə çalışan "Solar Impulse" adlı təyyarə 6000 kilometrlik uçuşunu bir damla yanacağa ehtiyac duymadan problemsiz olaraq tamamlayıb. Fransadan qalxaraq 6000 kilometrlik uçuşunu tamamlayan "Solar Impulse" adlı təyyarə  İsveçrənin qərbindəki Payerne şəhəri aerodromuna dünən yerli vaxtla 22.30-da enib. Həm layihənin qurucuları, həm də təyyarənin pilotları Pikard və Borsçberq 24 maydan bəri 8 etapdan ibarət olan və hər etabın orta hesabla 800 kilometr olduğu təxminən 6000 kilometrlik uçuşda,  iki fərqli qitədə, dörd ölkəyə enərək hədəflərinə nail olublar. Səlahiyyətlilər bu səfərin tək məqsədinin təyyarənin yalnız günəş enerjisi istifadə edərək gecə-gündüz uça bildiyini göstərmək olduğunu ifadə edib. Onlar həmçinin təyyarənin sahib olduğu texnologiyanın  təhlükəsiz və enerji istehlakı mövzusuna da təsir göstərdiyini vurğulayıb. Heç bir yanacaq sərf etmədən, 11.600 hüceyrəli günəş paneliylə bəslənən 4 elektrik mühərrikiylə, 63 metr böyüklüyündə, 1,6 kq ağırlığındakı "Solar Impulse" saatda təxminən 70 kilometr sürət sərf edə bilir. Layihənin növbəti addımının 2014-2015 illərindən etibarən dünya turu edə biləcək tutumda ikinci bir təyyarə hazırlamaq olduğu qeyd edilib.

Sizin Reklam Yeriniz