Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Bu fotoşəkilləri çəkmək üçün canını təhlükəyə atdı - FOTOLAR
 
 
news Image
2012.07.27
14:01
| A A A
Bu fotoşəkilləri çəkmək üçün canını təhlükəyə atdı - FOTOLAR

Movqe.az xəbər verir ki, "National Geographic" jurnalı üçün çalışan fotoqraf Carsten Peter dünyanın ən təhlükəli volkanlarına yaxınlaşa bilmək üçün tez-tez həddindən artıq istiyə məruz qalıb. Sicilədə olan Etna Dağı və ya Demokratik Kongo Respublikasında olan Nyiragongo kimi vulkanik nəhənglər Peterin getdiyi yerlərdir.

Peter bu fotoşəkillərin çoxunu volkanlarda araşdırma aparan alimlərlə birlikdə getdiyi səyahətlərdə çəkib. Peterin çəkdiyi bu kadrda narıncı lav parçaları hava fişənglərinə bənzəyir.

53 yaşlı Peter vulkanların partlamasını izləməkdən və fotoya almaqdan həyəcan duyduğunu deyib: "Volkan fotoşəkili çəkməyə maraqdan başladım və zamanla maraq artdı. Bu inanılmaz bir qüvvədir. Yanında insan özünü çox kiçik hiss edir. Təbiətin qüvvəti ilə qarşı-qarşıya olma hissini sevirəm".

Aktiv vulkanları çəkməyin asan iş olmadığını bildirən Peter xəyalindəki kadrı tutmaq dövr vuraraq volkanda iki aya qədər vaxt keçirdiyini söyləyib.

Zəhərli qazlar, küləyin istiqaməti və isti kimi amillər onun işini çətin və təhlükəli edib. Peter Nyiragongonun fotoşəkillərini çəkdiyi vaxt istiliyi 1100 C dərəcəyə çatan lavaların sahilində dayandığını qeyd edib: "Bu qədər yaxında bir neçə saniyədən çox istiyə dözmək mümkün olmadığı üçün qoruyucu geyinmək lazımdır. Bir neçə dəfə qalxansız getməyə cəhd etdim, amma bu qədər yaxında çox az qala bildim. Bu, əlinizi sobanın közündə tutmaq kimidir. Bu məsafədən foto çəkə bilməyin tək yolu istilik qoruyucusu geyinməkdir".

Peter: "Təhlükələrdən qaçmaq üçün əlimdən gələni edirəm. Ancaq bir vulkan partlamasını izləmək inanılmazdır. Məni həvəsləndirən təbiətin bu möhtəşəmliyidir". 












Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs