news Image
2012.07.27
14:30
| A A A
"Google"dan olimpiada loqosu
Movqe.Az bildirir ki, Bu gün London 2012 Olimpiya Oyunları üçün möhtəşəm bir açılış mərasimi keçiriləcək. "Google" da, bütün xüsusi günlərdə olduğu kimi bu günü də bir "doodle" ilə xatırladıb.

Bütün dünyanın maraqla gözlədiyi 2012 London Olimpiadalarının açılış mərasiminə çox az  müddət qalıb.

"Google"ın bu günkü ana səhifəsində, "Doodle" olaraq adlandırılan loo 2012 London Yay Olimpiya Oyunları üçün hazırlanıb. Günü hazırladığı bu loqo ilə açan "Google", olimpiya oyunlarını bütün dünyaya xatırladıb.

"Doodle" tətbiqləri dünya ölkələri üçün əhəmiyyətli gün və tətillərə, mədəni hadisələrə və tarixdə iştirak edən əhəmiyyətli kəslərə bu platformada yer verərək diqqəti çəkməyi qarşısına məqsəd qoyub.

Bundan əlavə, internet istifadəçiləri bu xüsusi dizaynlı loqonun üstünə basaraq o günlə, adamla, mövzuyla əlaqəli xüsusi, daha detallı məlumata çata bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs