Əlaqə Arxiv
news Image
2012.07.27
18:27
| A A A
Asqıran meymunlar kəşf olunub

Movqe.az xəbər verir ki, 2010-cu ilin oktyabrında Cənub-şərqi Asiyada yerləşən Myanmarda kəşf edilən, burun dəlikləri açıqda olduğu üçün yağış yağanda davamlı asqıran meymun növünün ilk dəfə olaraq Çində rəsimləri çəkilib. Yerli xalqa çoxdan məlum olan, elm adamlarının isə yeni kəşf etdiyi bu meymun cinsinə  Çində, Vyetnamda və Myanmarda rast gəlmək olar. Burun dəlikləri açıqda olan meymunların yağış yağanda burunlarına su qaçmaması üçün üzlərini qıçlarının arasına saxlamaları müşahidə edilib. Quyruqları özlərindən uzun olan, asqıran meymunların boyu təxminən 55 santimetrdir. Asqırdığı üçün yerləri tez tapılan "Rhinopithecus stryker" meymunlarının kürkləri qiymətli olduğu üçün ovlanma təhlükəsi ilə üz-üzədir.

 

Sizin Reklam Yeriniz