Əlaqə Arxiv
news Image
2015.01.07
09:01
| A A A
Bu ay Yerə potensial təhlükəli asteroid yaxınlaşacaq

Yanvarın 26-da planetimiz üçün potensial təhlükəli kiçik səma cismləri qrupuna aid olan 2004 BL86 adlı asteroid yaxınlaşacaq. Astronomların hesablamalarına əsasən, həmin gün 2004 BL86 asteroidi Yerdən təqribən 1,2 mln. km məsafədə uçacaq. Bu isə Yerdən Aya kimi olan məsafədən 3,1 dəfə çoxdur. Bununla belə, səma cisminin planetimizlə toqquşma təhlükəsi yoxdur.2004 BL86 asteroidi 2004-cü ilin yanvarında Linkoln adına Yerətrafı Asteroidlərin Axtarışı Laboratoriyasının (LINEAR) astronomları tərəfindən kəşf edilib. Onun diametri 440 metrdən 1 kilometrə qədərdir. Əgər kosmik obyekt Yer orbitini 0,05 astronomik vahiddən (təqribən Yerdən Aya kimi məsafənin 19,5 məsafəsi qədər) az məsafədə kəsərsə və onun diametri 100-150 metrdən çox olarsa, bu, potensial təhlükəli obyekt hesab edilir. Bu cür ölçüdə olan obyektlər quruda görünməmiş dağıntı, ya da okeana düşdüyü təqdrdə çox böyük sunami yarada bilər.

Sizin Reklam Yeriniz