Əlaqə Arxiv
news Image
2015.01.10
10:10
| A A A
Yapon aparatını Veneranın orbitinə çıxarmağa yenidən cəhd ediləcək

Yaponiya Kosmik Agentliyinin alimləri məlumat veriblər ki, 2015-ci ilin dekabrında Veneranın orbitinə çıxmaq üçün daha bir cəhd ediləcək.

Venera bizim Günəş sisteminin 224,7 yer sutkası ilə dövr edən ikinci daxili planetidir. O, Günəşə ən yaxın planet olmasa da, ən isti planetdir.

Yaponiya 2010-cu ildə Veneraya onu tədqiq etmək üçün öz pilotsuz "Akasuki" kosmik aparatını göndərib. "Akasuki" layihəsi PLANET-C adı ilə məşhurdur. Güman edilirdi ki, kosmik aparat Veneranın orbitində, ən azı, 2 il qalacaq. O, 2010-cu il mayın 21-də Yaponiyanın Taneqasima kosmodromundan H-IIA daşıyıcısı vasitəsilə buraxılıb. 2010-cu il dekabrın 7-də "Akasuki" aparatı Veneraya yaxınlaşsa da, çox böyük təəssüflə, planetin orbitinə çıxmaq manevri uğursuz olub və aparat orbitə çıxa bilməyib.

Bu günlərdə JAXA Yaponiya Kosmik Agentliyinin nümayəndələri bildiriblər ki, 2015-ci ilin dekabrında "Akasuki" kosmik aparatının yenidən buraxılması və isti Venera orbitinə çıxarılması üçün ikinci dəfə cəhd ediləcək.

Sizin Reklam Yeriniz