news Image
2015.01.10
10:19
| A A A
Alimlər hakerlərə qarşı kvant fizikası üsulu ilə mübarizə aparmaq niyyətindədir

Amerikalı tədqiqatçıların beynəlxalq "Nature Communication" jurnalında dərc etdikləri məqalədən məlum olur ki, dünya kvant fizikası və mexanikası sayəsində yaxın vaxtlarda haker hücumlarından xilas olacaq.

Bu barədə alimlər qrupunun verdiyi ilkin məlumatda bildirilir ki, informasiyanın uzaq məsafələrə ötürülməsi kvant dolaşıqlığı ilə sıx bağlıdır və bu da burada üçüncü şəxs- hakerin iştirakı ilə olan problemlərin həllində kömək edə bilər.

Alimlər əmindirlər ki, kvant fizikası texnologiyasından istifadə etməklə nə qədər böyük həcmdə olsa da, ötürülən bütün informasiyanı nəzarət altına almaq mümkün olacaq.

Beləliklə, artıq yaxın vaxtlarda haker hücumları ilə bağlı problemlər aradan qaldırılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs