Bu da ilk “iPhone” və “iPad” nümunələri
Movqe.az xəbər verir ki, "Apple" və "Samsung" arasında davam edən iddialarda ortaya qoyulan sənədlər daha əvvəl görmədiyimiz məhsul dizaynlarını aşkar edib. Məhkəmə sənədlərində müəyyən olunan ilk "iPhone" və "iPad" dizaynları bu günki "iPhone" və "iPad"dən olduqca fərqlidir. Sənədlərdə ortaya çıxan dizayn isə gələcək iPhone 4 və 4S-ə çevriləcək dizayndan xəbər verib. iPhone və iPad dizaynlarının dairəvi bucaqlı alüminium kənarlara sahib olması diqqət çəkib. "Apple" və "Samsung" arasındakı məhkəmə növbəti həftə başlayacaq. Xatırladaq ki, "Apple" "Samsung"u aprel ayında mobil telefonlarını və tabletlərini kopyalamaqda təqsirləndirmişdi.