news Image
2015.01.13
12:19
| A A A
Qardan adam düzəltmək haram elan olundu

Səudiyyə Ərəbistanını ağuşuna alan qardan sonra yeni bir fətva verilib.

Musavat.com-un məlumatına görə, Səudiyyə şeyxi Məhəmməd Saleh əl-Münacid qardan adam düzəltməyin haram olduğunu bildirib. Ölkənin şimalında yağan güclü qardan adam düzəldən ərəblər şəkilləri sosial şəbəkədə paylaşıblar.

Dini qəzetlər isə hadisəni şaxələndirərək din adamlarına "Qardan adam düzəltmək olarmı?" sualı ünvanlayıb.

Şeyx əl-Münacid bu suala belə cavab verib: "Oyun, əyləncə üçün də olsa qardan heykəl düzəltmək haramdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs