Əlaqə Arxiv
news Image
2012.07.30
17:00
| A A A
“Skype” yalnız lazımi vəziyyətlərdə məlumat paylaşır

Movqe.az xəbər verir ki, "Microsft"un online mesajlaşma, axtarış və video çat servisi "Skype", istifadəçilərinin məlumatlarını polis və dövlətlə paylaşdığı istiqamətində çıxan xəbərləri yalanlayıb. Şirkət yalnız lazım olan vəziyyətlərdə bu ehtimalın reallaşacağını söyləyib. "Skype"ın inkişaf və təşkilat səlahiyyətlisi Mark Gilette tərəfindən nümayiş olunan bloq yazısında isə bütün bu yaşananlara baxmayaraq edilən dəyişikliklərin səsli və görüntülü danışıqların izlənildiyi və yazıldığı istiqamətindəki iddiaların səhv olduğu ifadə olunub. Gilette şərhində, "Skype"dan "Skype"a edilən zənglər bizim məlumat mərkəzimizə gəlmir və süpernodlar "Skype" istifadəçiləri arasındakı media keçişindən təsirlənmir. "Skype"ın gizlilik qaydalarına görə bir anlıq mesaj əgər qanuna əks bir vəziyyəti tələb etmirsə, maksimum 30 gün mühafizə edilə bilir.

Sizin Reklam Yeriniz