Əlaqə Arxiv
news Image
2012.07.30
19:22
| A A A
Dünyanın ən zəif avtomobili - FOTOLAR
Movqe.Az bildirir ki, Bu avtomobilin 4 təkəri və 2 qapısı var. Görünüşü də Ferrari FXX-lə eynidir. Ancaq bu avtomobil ən çox saatda 20 kilometr gedə bilir. "Fahrradi Farfalla FFX" adı verilən bu avtomobil, Ferrarinin FXX modelindən ilhamlanaraq hazırlanıb. Avstriyalı sənətçi Cohannes Langederin qrupuyla hazırladığı avtomobil, çox təəssüf ki, Ferraridən geri qalır. Langederin dizaynında, həm Ferrarinin FXX modelindən, həm də internetdə tapdıqları digər dizaynlardan istifadə edilib. Ən çox 2 adamın otura bildiyi bu avtomobilin qiyməti rəsmi olaraq açıqlanmır. Ancaq internetdəki bəzi qaynaqlar 1.2 milyon avrodan satılacağını söyləyir. Adı alman dilindən tərcümədə velosiped mənasını verən "Fahrrad" sözü ilə, italyancada kəpənək mənasını verən "Farfalla"nın birləşməsindən meydana gəlib.

Bu avtomobilin qapıları kəpənək kimi hərəkət edir. "Kəpənek mexanizmi" sayəsində bu avtomobil  hərəkət etdikcə yuxarıya açılan qapılar da qanad kimi yuxarı və aşağı hərəkət edir. Bunun sayəsində də hərəkət əsnasında "Fahrradi Farfalla FFX" yüngülcə yerdən yuxarı yüksəlib alçalır.

Avtomobilin qabaq və arxa faralarında təxminən 200 ədəd ultra güclü LED istifadə edilib. Bunun sayəsində isə avtomobildən gecə də istifadə etmək mümkün olur.

Sizin Reklam Yeriniz