news Image
2015.01.19
16:14
| A A A
"WhatsApp" istifadəçilərini gözləyən təhlükə

Telefonunuza spam mesajlar gələ bilər.

Dünyanın ən populyar mesajlaşma proqramı olan "WhatsApp" əgər bu sürətlə böyüsə istifadəçiləri üçün problem yarana bilər.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, 2014-cü ilin avqust ayında aylıq 600 milyon fəal istifadəçi syaını bu il 700 milyona çatdırıb.

Yaxın zamanda isə istifadəçilərin sayının bir milyardı ötəcəyi gözlənilir. "WhatsApp" bu sürətlə böyümə ilə birlikdə istifadəçilərin spam mesajlarının hücumuna məruz qala bilər.

Belə ki, "WhatsApp"la VoIP operatorlarından istifadə edilməklə telefon nömrələri yaradılır və açılan hesablarla başqa nömrələrə spamlar göndərilir.

Spamlar isə əsasən ABŞ, Hindistan və Avropa ölkələrindəki istifadəçilərə gedir. Əslində bu spamları göndərən servis mərkəzlərini tapmaq çox asandır.

"WhatsApp" ötən il "Facebook" tərəfindən 19 milyard dollara satın alınmışdı. O zamandan mesajlaşma proqramında bir sıra yeniliklər tədbiq edilməsi üçün layihələr hazırlanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs