Əlaqə Arxiv
news Image
2015.01.19
18:49
| A A A
Facebook-da çalışanların maaşları - SİYAHI

Bir millət olaraq bizim ən böyük özəlliklərimizdən biri də dost-tanışlarımızın maaşı ilə maraqlanmaqdır. Uzun müddət bir-birini görməyən insanların görüşərkən verdiyi 3 sualdan biri də "nə qədər qazanırsan?", "maaşın necədir?" sualları olur. İnsanların bu marağını nəzərə alsaq yəqin ki, facebook sosial şəbəkəsində çalışanların nə qədər maaş aldığı hər kəs üçün maraqlı olar.

Facebook-un qurucusu Mark Zukerberqin milyonlar qazandığını hər kəs bilir. İşin bilmədiyimiz tərəfi, 7,87 milyard dollarlıq bir şirkətdə işləyən insanların, orta hesabla nə qədər maaş aldığıdır.


Movqe.az xəbər verir ki, işçilər və sahibkarlar arasında gedən anonim müzakirələrin məkanı kimi tanınan "Glassdoor" saytının açıqladığı məlumatlara görə, Zukerberqin işçiləri dünyanın ən böyük banklarında çalışanlardan heç də az maaş almır.

Facebook-da çalışanların vəzifələrinə görə, illik maaşları belədir:


Baş mühəndis: 380 min dollar

Proqram mühəndisi: 259 min dollar

Məhsul müdiri: 128 min dollar

Texniki proqram meneceri: 175 min dollar

Araşdırmaçı: 172 min dollar

Şəbəkə mühəndisi: 160 min dollar

Şirkətin analitiki: 118 min dollar

Sizin Reklam Yeriniz