Əlaqə Arxiv
news Image
2015.01.22
14:57
| A A A
İnsanları 120 il yaşadacaq dərman tapıldı

Movqe.az xəbər verir ki, Rusiyalı alimlər hazırladıqları bir dərmanın hesabına insanların 120 yaşadək yaşamasının mümkün olduğunu açıqlayıblar.

Türkiyənin "Hürriyet" qəzeti yazıb ki, Moskva Dövlət Universitetindən doktor Maksim Skulaçev və heyəti yeni bir antioksidant növündən istifadə edərək hazırladıqları həb sayəsində insan ömrünün uzanacağını iddia edib.

Alimlər bildiriblər ki, bu antioksidantın əsas vəzifəsi bioloji enerjinin təmin edilməsi, infarkt və Alsheymer (yaddaşsızlıq) xəstəliyi ilə bağlı mikroelementlərə müsbət təsir göstərməkdir. Qocalma müddətini yavaşlatdığı iddia edilən bu formul siçanlar, balıqlar və itlər üzərində də sınaqdan keçirilib. Skulaçev deyib ki, formul sayəsində heyvanlarda yaşlılıqla bağlı bir çox xəstəlik çox yavaş ortaya çıxır. Alim deyib ki, başqa araşdırmalar da müsbət nəticə verərsə, "yaşlılıq təxirə salınacaq".

Amma Skulaçev insanın 800 il yaşamaaının mümkün ola biləcəyinə inanmadığına, böyük ehtimalla, gələcəkdə yeni xəstəliklərin ortaya çıxacağını deyib.

Sizin Reklam Yeriniz