news Image
2012.07.31
14:30
| A A A
“Facebook” istifadəçilərinin sayı artıb

Movqe.az xəbər verir ki, 2004-cü ildən bu yana "Facebook" istifadəçilərinin sayı ağlasığmaz dərəcədə artıb. "Facebook"un nəhəng istifadəçi kütləsi aprel və iyun ayları ərzində 50 milyon nəfər artıb. Facebookun açıqladığı rüb məlumatları, ictimai şəbəkə ilə bağlı təəccüblü rəqəmləri nümayiş edib. Şirkətin verdiyi açıqlamaya görə xidmətə mobil cihazlardan bağlananların nisbəti də 67 faiz artaraq 543 milyona ,gündəlik istifadəçi sayı isə hər il əvvəlkin ə nisbətən 32 faiz artaraq orta hesabla 552 milyon istifadəçiyə çatmış vəziyyətdədir. Aşağıdakı rəqəmlər "Facebook"un istifadəçi sayının müəyyən vaxt ərzində necə artdığı haqqında bizə əhəmiyyətli məlumatlar verir:

1 milyon – 2004-cü ilin sonu.

5.5 milyon – 2005-ci ilin sonu.

12 milyon – 2006-cı ilin sonu.

20 milyon - Aprel 2007.

50 milyon - Oktyabr 2007.

100 milyon - Avqust 2008.

150 milyon - Yanvar 2009.

175 milyon - Fevral 2009.

200 milyon - Aprel 2009.

250 milyon - İyul 2009.

300 milyon - Sentyabr 2009.

350 milyon – 2009-cu ilin sonu.

400 milyon - Fevral 2010.

500 milyon - İyul 2010.

608 milyon – 2010-cu ilin sonu.

750 milyon - İyul 2011.

800 milyon - Sentyabr 2011.

845 milyon – 2011-ci ilin sonu.

901 milyon - Mart 2012.

955 milyon - İyun 2012.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs