Əlaqə Arxiv
news Image
2015.01.28
16:15
| A A A
Qəribə toy: qadın özünə ərə getdi - FOTO

ABŞ-da kimsə özü ilə ailə qura bilməz və "avtonikah"ı da qanuniləşdirmək mümkün deyil. Bu səbəbdən də qaradərili Jasmin Elebinin nikah mərasimi və toyu simvolik idi.

 

Movqe.Az Black Art in America-ya istinadən bildirir ki, Texas ştatındakı Hyuston şədərində yaşayan Jasmin Elebinin dediyinə görə, bütün qadınlar təki ərə getmək, ana olmaq istəyirdi.

 

"Amma sevə biləcəyim kişini tapa bilmədim. Bu səbəbdən də özümlə ailə qurmaq, özümə ərə getmək qərarına gəldim. Anormal deyiləm, psixi sapıntılarım yoxdur və ekstravaqantlıq da aramıram. Həyatım belə gətirdi", - Jasmin deyib.

 

Səyahət etməyi çox sevən J.Elebinin sözlərinə görə, "bal ayı"nda Kamboca, Laos və Birləşmiş Ərəb Əmirliklərinə yollanmaq niyyətindədir.

Bundan başqa o, siqaret çəkməyi tərgitmək və 25 kq arıqlamaq istəyir.

 

Movqe.Az

Sizin Reklam Yeriniz