Əlaqə Arxiv
news Image
2015.01.31
12:00
| A A A
Alimlər zarafat edirlər…

Adama elə gəlir ki, elmi fəaliyyətdə yumora yer yoxdur, çünki istənilən tədqiqatda əsas məsələ problemə dəqiq analiz tələb edən ciddi, ölüçülüb-biçilmiş yanaşmadır. Eyni zamanda alimlər, bəlkə də, dünyada ən böyük zarafatcıllardır. Zarafatların bəziləri birbaşa elmi iş, digərləri isə elmin öz mahiyyəti haqda düşüncələr prosesində yaranır.


Elmi axtarış və nisbilik nəzəriyyəsi haqda lətifələr


Əsas elmi-fəlsəfi - "Biz haradan yaranmışıq" sualını götürək. Lətifəyə görə, bu suala İbrahim peyğmbər əlini göyə qaldıraraq: "Hər şey Tanrıdan asılıdrı!" deyib. Süleyman peyğəmbər alnını göstərib: hər şey ağılla həll olunur. Isa peyğəmbər əlini ürəyinin üstünə qoyub: başlanğıc və qurtuluş məhəbbətdədir... Marks ovucu ilə qarnını hamarlayıb: "Varlığı şüur müəyyən edir". Freyd beldən aşağını göstərib- hər şeyə səbəb seksdir. Eynşteyn isə əlini yellədərək: "Hər şey nisbidir... " deyib.

Yeri gəlmişkən, nisbilik nəzəriyyəsinin mahiyyətini açan qısa lətifə də vardır: bu mövzu ilə bağlı bir alim Yaponiyaya konfransa getməli olub. Tanışı ondan soruşub: "Bu nisbilik nəzəriyyəsi nə deməkdir?"- "Sənə necə izah edim? Anlayırsan, əgər başında iki saç varsa, demək, bu, azdır. Əgər şorbanın içərisində iki saç varsa, bu, artıq, çoxdur". "Və sən bu zarafata görə Tokioya gedirsən?".

Elmi axtarışa aid olan lətifə isə belədir. Bir xanım atelyedə gecə köynəyi sifariş edir və dərziyə 10 m parça verir. Xanım "Nə üçün bu qədər çox" sualına:"Mən nə etdiyimi bilirəm. Ərim professordur. Ona nəticə yox, axtarışın özü vacibdir"-cavabını verir.

Elmi zarafatların böyük əksəriyyəti heyvanlar üzərində eksperimentlərlə bağlıdır. Məsələn, pişiyi xardal yeməyə necə öyrətməli problemi yaranıb. Fransalı xardalı çörəyə sürtməyi, üstdən isə paştetlə örtməyi təklif edib. Amma nömrə keçməyib: pişik yalnız paşteti yalayıb. Amerikalı daha bic hərəkət edib: o, xardalı yağa qarışdırıb. Yoxlayıblar: pişik yalnız başını yelləyib.

Tapşırığın həllinə rus girişib. Xardalı pişiyin quyruğunun altına sürtüb və o, miyoldayaraq xardalın hamısını yalayıb... "Bax görürsünüz, həm könüllü, həm də mahnı oxuya-oxuya"- rus bildirib.

Elmi təcrübə aparan mütəxəssislərin həyatından

Alimlər ağ və boz siçanlar üzərində təcrübələr keçiriblər. Ağ siçanlar üçün yaxşı, boz siçanlar üçün isə pis şərait yaradılıb. Müşahidə etməyə başlayıblar. Ağ siçanlar ürək tutmalarından ölüb, boz siçanlar isə kifayət qədər uzun ömür sürüblər. Bəs nə üçün belə olub? Müxtəlif fərziyyələr, nəzəriyyələr irəli sürülüb, mübahisə ediblər... Və budur, bir dəfə gözətçi etiraf edib: "Boş yerə başınızı sındırmayın! Mən hər gün ağ siçanlara döşəmənin altından pişik göstərirdim. Və onlar da...".

Bir kənddə xoruzlar düz səhər saat altıda birlikdə banlamağa başlayıblar. Alimlər bu təzahürlə maraqlanıblar. Uzun müddət və diqqətlə xoruzların xasiyyət və vərdişlərini öyrəniblər. Məlum olub ki, xoruzlar sivilizasiyanın faydalarına uyğunlaşıblar və Moskva radiosunun ilk siqnallarını təkrar ediblər.

Alimlərin unutqanlığı haqda da çoxlu lətifələr vardır. Klassik zarafatı götürək. Professor növbəti məruzəyə hazırlaşır. "Əzizim,- o, arvadından soruşur- mənim qələmim haradadır?"- "O, sənin qulağının üstündədir"- "Mən çox məşğulam, hansı qulağımın?".

Budur, elmi-texniki inkişafa maraqlı baxış: bir dəfə siçanlar yığışaraq pişikdən necə qorunmağı müzakirə etməyə başlayıblar. Uzun mübahisələrdən sonra pişiyin quyruğuna zınqrov bağlamaq qərara alınıb. Hamısı bu qərardan çox razı qalıb. Amma bu vaxt kiçik siçancığaz əlini qaldıraraq soruşub: "Deyin, bəs zınqrovu kim bağlayacaq?"- "Bax bu, artıq texnologiyanın işidir!"-cavab gəlib.

Biz kompüterin tezliklə insan beynini əvəz edəcəyindən çox danışırıq.

Subay bir adam kompüter vasitəsilə gələcək ailə cütlüklərini seçən nikah şöbəsinə müraciət edib: "İstəyirəm ki, mənim gələcək arvadım hündürboy olmasın, gözəl olsun, o, balığı, balıq ovunu sevsin və danışıqları ilə mənə mane olmasın". "Elektron elçi" cavab verib: "Yaxşısı budur, siz pinqvinlə evlənəsiniz. Qadınlar arasında sizin idealınızı tapmaq mümkün deyildir!".

Meteorologiya mövzusunda da zarafatlar az deyildir. Tutaq ki, dostu meteoroloqdan soruşur: "Mən sənin proqnozlarına inana bilərəm?"- "Bəli. Fərq yalnız vaxtda ola bilər".


Yerli sakinlər şamandan qışın necə- soyuq, yoxsa isti keçəcəyini soruşurlar. Şaman fikirləşib: "Onlara isti desəm, cırpı yığmayacaqlar. Bəs birdən soyuq oldu? Dərhal qovacaqlar. Yaxşısı budur ki, güclü şaxtalar olacağını fikirləşsinlər". "Qış şaxtalı olacaq, çoxlu çırpı yığın!"- şaman bildirib, özü isə meteoroloqlardan qış haqda proqnozu öyrənmək qərarına gəlib. "Əlbəttə, soyuq!"- ona cavab veriblər. "Afərin sizə!"- şaman heyrətə gəlib. Siz bunu necə bildiniz?"- "Burada bilməli nə var ki?! Çox asandır! Bura gəl, pəncərəyə bax: görürsən, adamlar çoxlu çırpı yiğır- demək, qış şaxtalı olacaq!". Nə demək olar, sübutdur...

Sizin Reklam Yeriniz