Əlaqə Arxiv
news Image
2015.01.31
13:00
| A A A
Çirkab sularından pivə hazırlanacaq

Çirkab sularını təmizləmək üzrə ixtisaslaşmış Amerika şirkəti pivə istehsalını qaydaya salmağı vəd edib. Yeni məhsulun istehsalı üçün üçpilləli təmizləmə sistemindən keçən təmiz kanalizasiya sularından istifadə ediləcək.

Şirkət alınmış təmiz suyu alkoqollu içkinin hazırlanması ilə məşğul olan Oregon Brew Crew pivəbişirmə şirkətinə verəcək.

Hazırda ştatın qanunları təmizlənmiş çirkab sularından yalnız suvarma və sənaye məqsədləri üçün istifadə etməyə icazə verir.

Şirkətin nümayəndəsi Mark Cokers bildirib ki, şirkət insanların təmizlənmiş kanalizasiya sularına münasibətini dəyişməyə, həmçinin ekoloji problemlərin həll olunmasına çalışır.

Bu cür pivələr satışa yalnız yerli səhiyyə departamenti tərəfindən dəstəkləndikdən sonra çıxarılacaq (gözlənilir ki, bu, 2015-ci ili aprelində baş verəcək).

Sizin Reklam Yeriniz