news Image
2012.08.01
17:22
| A A A
Artıq spirtli içkilərdən xilas olmaq mümkündür

Movqe.az xəbər verir ki, İsveçli alimlər spirt aludəçilərini xilas edəcək xüsusi bir həb yaradıb. Həddindən artıq spirt istifadə etməkdən imtina etməyə çalışan, lakin heç cür müvəffəqiyyət əldə bilməyənlər üçün, xüsusi bir həb inkişaf etdirərək həddindən artıq spirt asılılığının müalicə edəcəyi xəbərini verən Karolinska İnstitutunun Dos. Dr. Pia Stinsland yeni yaradılan dərmanın beyindəki spirtdən zövq almağı təmin edən mexanizmi blok etdiyini və spirtdən zövq alma hissini aradan qaldırdığını bildirib. Siçanlar üzərində sınanan dərmandan böyük səmərə əldə etdiklərini ifadə edən Stinsland dərmanın insanlar üzərindəki əks təsirlərinin araşdırıldığı və payızda satışa çıxarılacağı xəbərini verib. Həmçinin Göteborg Universitetinin elm adamları tərəfindən də araşdırılan həbin, beyindən qaynaqlanan iflic xəstəliyinə yardım edə biləcəyi müəyyən edilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs