Səudiyyə Ərəbistanlı qadınlar necə yaşayır?
2012 London Olimpia Oyunlarında baş verən hicab problemi ilə Səudiyyə Ərəbistanlı qadınların həyatları yenidən dünya gündəminə gəldi.
Movqe.Az bildirir ki, İngilis foto
müxbir Olivia Artur "Newsweek" jurnalı üçün bir müddət Səudiyyə
Ərəbistanlı qadınlarla birlikdə yaşayıb və onların bilinməyən
həyatlarını üzə çıxardıb. Ölkədə din polisi, davamlı olaraq
küçələri, parkları, marketləri gəzərək qadınların yanında bir kişi
olub olmadığına, düz geyinib giyinmədiklərinə nəzarət edir. Bu
təzyiq qadınların həyatlarını bağlı qapılar arxasında yaşamasına
səbəb olur. İctimai yerlərdə sərbəst gəzə bilməyən ərəbistanlı
qadınlar əyləncələrini öz evlərində keçirirlər. Gecələr bəzən
mərasimlər təşkil edirlər, bəzən saatlarla söhbət edib əylənirlər.
Ərəbistanlı qadınların yeni mübarizəsi isə istədikləri kimi
avtomobil sürə bilmə hüququnu əldə edərək azad yaşamaqdır.