news Image
2012.08.02
15:40
| A A A
“Chrome 21” yayımlandı

Movqe.az xəbər verir ki, Google "Chrome"un son versiyasını rəsmi olaraq yükləməyə təqdim edib. Chrome-nin MacBook Pro notbuklarını  dəstəkləyən 21-ci variantı, yükləməyə təqdim edildi. Chrome 21, 2880x1880 dəqiqliyində qədərki ekranları dəstəkləyir. Chrome 21-dəki başqa bir yenilik isə getUserMedia API-sı yolu ilə veb proqramların veb kameranıza və mikrofonunuza çatmasına imkan verməsidir. Google bu yeni xüsusiyyətin necə istifadə edilməsi barədə aşağıdakı nümunəni göstərib: "Chrome-nin son versiyasına sahibsinizsə, Chrome Veb Lab-dəki Sketchbots təcrübi tətbiqi ilə üzünüzün fotoşəkilini çəkə bilər, sonra isə fotoşəkilinizin formasını dəişərək əllə çəkilmiş şəklə çevirərək Londondakı Elm Muzeyinə göndərilməsini təmin edə bilərsiniz. Daha sonra robot portrenizi bir qum üzərinə çəkəcək və bunu "YouTube"dan canlı olaraq izləyə biləcəksiniz.Eyni zamanda muzeydəki ziyarətçilər də şəkili canlı olaraq izləyə biləcək.Həm çılğın, həm də inanılmazdır bu ". Chrome 21-dəki digər yeniliklər arasında oyun qolu dəstəyi və inkişaf etdirilən Google Cloud Print funksiyaları da var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs