Əlaqə Arxiv
news Image
2012.08.07
17:33
| A A A
Amazondakı yenilik bu cür çaşdırdı - FOTOLAR

Movqe.Az xəbər verir ki, Amazon çayında araşdırmalar aparan bioloqlar və mütəxəssislər qarşılaşdıqları canlının əvvəl nə olduğunu anlaya bilməyiblər.

Gözləri olmayan və fərqli quruluşa sahib canlının yeni bir ilan növü olduğunu düşünülür.

Tapdıqları maraqlı canlıdan altısını götürərək araşdıran mütəxəssislər, bunların tam olaraq ilana bənzəmədiklərini fərqinə varıb.

Quruluşlarındakı bəzi özəl xüsusiyyətlərə də sahib olan varlıqların 3-ü təbiətə buraxılıb, bir dənəsi ölüb, ikisi isə araşdırılmaq üzrə laboratoriaya aparılıb.

Amazonla əlaqəsi olan bir hidroelektrik anbarının boşaldılması nəticəsində meydana çıxan bu canlıların, ilandan çox qurbağa ilə qohum olduğu, kiçik balıqlar və soxulcanlarla bəsləndiyi düşünülür.





Sizin Reklam Yeriniz