Əlaqə Arxiv
news Image
2015.03.02
10:20
| A A A
Şorba: süfrənin unudulmaz ləzzəti, mədənin dərmanı

Dünyada hər ölkədə içilən amma bizim mədəniyyətimizdə tam fərqli bir mənası və yüzlərlə növü olan şorba, yemək mədəniyyətinin də başlanğıcıdır.

Movqe.az xəbər verir ki, şorbanın tarixi yemək bişirmək tarixinə qədər uzanır. Od və torpaqdan hazırlanan qabın kəşfindən sonra toplanan qatı qidaları böyük ehtimalla yumuşaltmaq üçün suyla qarışdırıb bişirirdilər. Əldə nə qida varsa onunla hazırlanan şorbalar yemək mədəniyyətinin də başlanğıcı hesab edilir.
Şorba sözünün mənşəyi.

"Shorba" fars sözü olub, mənası da "duzla qaynatmaq" deməkdir. Qərb dillərindəki "soup, suppe, zuppa" sözləri isə latınca da "suppare" olan "islatmaq"sözündən törəmişdir. Ayrıca ingiliscədə "yüngül yemək" mənasını verən "supper" də "suppare"dən gəlir.

XVIII əsrdə Parisdə ilk açılan restoranda verilən yemək "consomme" deyilən bir növ şorba olub. Ancaq fransızların çox böyük bir kəşf olaraq öyündükləri, mətbəxdə inqilab olaraq xarakterizə edilən "konsome" yəni "şəffaf "şorba texnikası, əslində türk mətbəxindəki şərbət üsulundan ilhamlanaraq hazırlanıb.

İspanlar "qazpaço", Ruslar "borş", İtalyanlar "minestrone", Fransızlar "soğan", Çinlilər "wonton" şorbalarıyla məşhurdur. Bizi isə tək bir şorbayla xatırlamaq haqsızlıq olsa da fərqli şəkillərdə hazırlanmasına baxmayaraq hər bölgədə bişirildiyi üçün dovğa deməyimiz səhv olmaz.


Dovğa həqiqətən də mətbəximizin unudulmaz dadlarındandır. Xüsusilə evlərdə yaz ya da qış fərq etmədən, hər mövsüm ən az iki dəfə hazırlanar dovğa .

Azərbaycanda özünə xas şorbası olmayan bölgə, hətta şəhər yoxdur.

Süfrələrin olmazsa olmazı şorba, artıq "hazır şorba"olaraq da satılır. Hazır şorba istifadəsində isə digər ölkələrdən heç də geridə qalmırıq.


Əslində yerli mətbəxlərimizdə hazırlanan şorbalar digər ölkələrin şorbalarıyla müqayisədə "sulu bir qazan yemək" olaraq təyin oluna bilər. Böyük bir əziyyətlə hazırlanan dovğaya şorba deyib keçməz olmaz.

Buna görə də şorba mətbəxlərimizdə kimi zaman ana yemək yerinə də keçə bilir. Bəzən süfrələrə ləzzət, kimi zaman isə xəstəliklərə şəfa olur. Günümüzün yüksələn trendi isə içinə tərəvəz əlavəl edilmiş şorbalardır..



Sizin Reklam Yeriniz