news Image
2015.03.02
12:50
| A A A
ABŞ-da küçələrə körpə qutuları qoyulacaq

ABŞ-ın Indiana əyalətində, tərk edilmiş körpə ölümlərinin qarşısını almaq üçün küçələrə "körpə buraxma qutuları" qoyulması planlaşdırılır.

Movqe.az xəbər verir ki, İndiana, bu tətbiqin edildiyi ilk əyalət olacaq. Ölkədə bir çox əyalət, ana və ataların körpələrini xəstəxana və polis mərkəzləri kimi yerlərə buraxmalarına icazə verib. Ancaq ilk dəfə, ölkədə ana ya da atanın şəxsiyyətinin müəyyən olmayacağı qutular qoyulub.

Əyalət məclisi keçən həftə layihəni təsdiqləyib. Tətbiqə başlaya bilmək üçün əyalət senatının da razılığı lazımdır. Layihənin qanunlaşması halında, iyula qədər əyalətin fərqli nöqtələrinə 100-ə qədər qutu qoyulması planlaşdırılıb.

"Save the Abondoned Babies" adlı yardım təşkilatının verdiyi açıqlamaya görə, ABŞ da qeyri-qanuni olaraq tərk edilən körpələrin üçdə ikisi ölür.

Ancaq Avropa və Asiyada bir müddətdir davam edən bu tətbiq çox adam tərəfindən tənqid olunub.

Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komissiyası Spikeri Elizabeth Throssell, ölkələrə, ailə planlaması və yoxsulluq kimi problemlərin, körpələrin tərk edilməsinin altında yatan əsas səbəblər olmasına diqqət yetirilməsi və problemlərin həlli yolunda lazımi addımların atılması çağırışını edib.


"Mələk beşiyi"


Körpə buraxma qutularıyla əlaqədar bir tənqidə də, qutuların uşaqlara xəstəxanalar və polis mərkəzləri kimi sağlamlıq xidməti sunumaması səbəb olub.

Qutulardan fərqli olaraq bu mərkəzlərdə olan təhsilli personal, uşaqlarını buraxmaq istəyən ailələrə köməkçi olur.

1999-cı ildən bu yana bir sıra əyalət ailələrin senzuraya uğrama qorxusu olmadan uşaqlarını müəyyən mərkəzlərə buraxmasına icazə verən qanunlar çıxardıb. Bunun üçün uşaqların zərər görməmiş olması əsas şərt hesab olunur.

"Mələk beşiyi" olaraq da bilinən "körpə buraxma qutuları" tətbiqi orta çağdan bəri vardır.