Əlaqə Arxiv
news Image
2012.08.14
16:25
| A A A
Dünyanı sarsıdan reklamlar - FOTOLAR

İngiltərənin "İndependent" qəzeti dünyanı "şok edən" 10 reklamın siyahısını açıqlayıb. Movqe.az siyahını təqdim edir:

Benettonun bir reklamı üçün Therese Frarein 1990-cı ildə çəkdiyi bu fotoşəkildə AIDS xəstəsi David Kirby və ailəsi var. Foto, Dünya Mətbuat fotoqrafiya mükafatını qazanıb.


Toyotanın təbiət dostu modeli Prius üçün hazırlanan reklamdan. Posterde üç əxlaqsız durum əks olunur: cinayət, fahişəlik və zina. Şüar isə belədir: "Heç olmasa Prius istifadə edir."


Yetikinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girilməsinə qarşı olaraq göstərilən bu reklam da ictimaiyyətdə böyük əks-səda doğurub. "Serve" adlı Şirkətin icra etdiyi kampaniya çərçivəsində təqdim edilən reklamın şüarı isə belə idi: "Əgər uşaqdan başqa birisini görürsənsə səhvin var".



 

Cənub Amerikadakı Xiomara Coronado adlı gözəllik mərkəzində Angelina Jolie və Paris Hiltonun fotoşəkillərini rəqəmsal mühitdə yaşlandırarak "Əgər dərilərini önəmsəməsələr, bir neçə il sonra belə olacaqlar" mesajı verilib.



 

Avstraliyada QızılXaçın təşkil etdiyi qan qrant reklam kampaniyasında plastik qabın içindəki qan tükləri ürpərdir. Reklamın şüarı belədir: "Pul hər şey deyil".



     

Modelyer Kenneth Colenin "Hamımız potensial taşıyıcıyıq" reklamında istifadə edilən çanta AIDS xəstəliyinə işarədir.




Fransada "Droits des Non-Fumeurs" (Siqaret çəkməyənlərin hüquqları) təşkilatının siqaret əleyhdarı reklamı. Reklamda kostyumlu yaşlı bir adam ağızında siqaret olan bir gəncin başına əlini qoyub. Reklamın şüarı belədir: "Siqaret çəkmək tütünün köləsi olmaq deməkdir."

Sizin Reklam Yeriniz