news Image
2015.04.01
19:40
| A A A
Fəlsəfə daşının yaranması tarixi

XVII əsrin əvvəllərində Avropanın bütün sakinləri metalı qızıl külçələrinə çevirmək və bu yolla, nağıllardakı kimi varlanmaq üçün fəlsəfə daşı tapmağı arzu ediblər. Və budur, Brand adlı hamburqlu uğursuz tacir həmin dövrlərdə çox populyar olan öz işlərini əl-kimya vasitəsilə qaydasına salmaq qərarına gəlib. O, bir qədər fikirləşdikdən sonra özünün elmi nəzəriyyəsini irəli sürüb. Nəzəriyyəyə görə, fəlsəfə daşı məhz insan orqanizmində daha çoxdur, çünki o, Yerdə ən mükəmməl ilahi yaradılışdır və demək, fəlsəfə daşını insanın sidiyindən ayırmaq olar.Və dərhal meydana təzəcə çıxmış alim qarşısına ilk dilemma çıxıb. O, xammal üçün münasib mənbə fikirləşib tapa bilməyib. Belə olan təqdirdə, Brand hərbi hissəyə gedib və zirək komandir onu az pul müqabilində başlanğıc materialla təmin etməyə razılıq verib. Və əl-kimyaçı dərhal işə başlayıb: o, sidiyi qızdırıb, qum və kömür əlavə edərək hava və işıq olmayan yerdə saxlayıb. Nəticədə insan sidiyinin tərkibinə daxil olan maddələr parçalanaraq reaksiyaya girib və nəhayət, tacir lazımi substansiyanı alıb.

Brand kolbanın dibində fəlsəfə daşını görüb və buna zərrə qədər də şübhə etməyib.

Alınmış material sarımsaq iyi verən sarımtıl mum maddəyə bənzəyib, qaranlıq otaqda isə hətta yaşıl işıq saçıb. Sonra Brand görüb ki, ona toxunan istənilən əşya da qaranlıqda parıldamağa başlayıb. Tacir substansiyanın kiçik bir hissəsini, sadəcə olaraq, eksperiment xatirinə qaynar suya atan vaxt, orada, ümumiyyətlə, hansısa möcüzələr baş verib: qazanın üzərindən parıldayan yaşıl buxar qalxıb.

Buna baxmayaraq, Brandın fəlsəfə daşı metalı heç də, qızıl külçələrinə çevirməyib, amma tacir bundan məyus olmayıb, çünki onun əldə etdiyi maddə çoxlu gəlir gətirməyə başlayıb. Onu uzun illər boyu böyük pullar müqabilində insanlara göstəriblər və sadəcə, "işıqsaçan" adlandırıblar, bu isə yunan dilindən "fosfor" kimi tərcümə edilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs