news Image
2015.04.01
20:08
| A A A
Qaranlıqda görmək mümkün olacaq

Yeni preparatdan sonra insan əşyaları tam qaranlıqda 5o metr məsafədə görə biləcək

"Science for the Masses" adlı müstəqil alim-biohakerlər qrupu bu preparatı "Xlorin e6" təbii molekulunu tədqiq etdikdən sonra hazırlaya bilib. "Ce6" bəzi dərinsulu balıqlaın qaranlıqda görməsinə imkan verir və xoşbəxtlikdən, bəzi bitkilərdən (məsələn, yosunlardan) asanlıqla almaq olar və keçən əsrin 60-cı illərindən xərçəng terapiyasında istifadə edilir- buna görə də onun insan üçün təhlükəsizliyi eksperimental olaraq təsdiq edilib.

Kaliforniyadan olan qrupun tədqiqatçı-biokimyaçısı Qabriel Lisina yeni preparatın ilk sınaqçısı olmağa razılıq verib. Ilk test zamanı onun gözlərinə 50 mikrolitr xlorin e6 damcıladılıb.

Bir saat ərzində Lisinanın görməsi dəyişib və o, qaranlıqda əşyaların formasını fərqləndirə bilib. Bu, on metrə yaxın məsafədə yerləşən obyektlərin ümumi konturlarını görməkdən başlayıb. Müəyyən vaxtdan sonra o, daha uzaqdakı əşyaları görməyə, simvolları fərqləndirməyə və müxtəlif fonlarda hərəkət edən adamları tanımağa başlayıb.

"Başqa bir test zamanı biz insanlardan meşədə ağacların arasında durmağı xahiş etdik. Biz 50 m məsafədə onların harada olduqlarını – onlar hətta hərəkətsiz olsalar belə- görə bildik"- Lisina bildirir.

Bütün sınaqlarda Lisinanın 100 faiz dəqiqlik göstərməsinə baxmayaraq, "Ce6" qəbul etməyən nəzarət qrupu yalnız 30 faiz halda düzgün cavab verə bilib.

Indi biohakerlərin hazırladığı preparat ciddi avadanlıqlar və daha elmi üsullardan istifadə etməklə özünün mükəmməl laboratoriya tədqiqatını gözləyir.

Alimlər yeni preparatın istifadəsi ilə əlaqədar müxtəlif sayda və keyfiyyətdə olan geniş baza yaratmalıdırlar. Gələcəkdə preparat sertifikatlaşdırmadan keçə və kütləvi istehsala buraxıla bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs