Əlaqə Arxiv
news Image
2015.04.02
20:20
| A A A
Barmaqların çarpazlaşdırılması ilə ağrını kütləşdirmək olar

Londondakı Universitet Kollecinin əməkdaşları bir çox mövhumatcıl adamların barmaqları çarpazlaşdırmaq vərdişinə elmi izah tapıblar. Məlum olub ki, bu jest bir neçə əsr əvvəl elə-belə yaranmayıb.

Alimlərin eksperimenti yüz ildən artıq əvvəl fiziologiya professoru Torsten Tunbergin təcrübəsini təkrar edib. Birinin içərisində isti, digərinin içərisində isə soyuq su olan iki qab götürülür. Təcrübə iştirakçısının gözlərini bağlayır və şəhadət və adsız barmaqlarını içərisində isti su olan qaba, orta barmağı isə soyuq suya salmağı xahiş edirlər. Müəyyən müddətdən sonra insan orta barmağı ilə yanan ağrı hiss edir. Tryuk xəyali ağrı hissi yaradır, o, "qril illüziyası" adı ilə məşhurdur.

Alimlər bu tryku eksperiment iştirakşılarının barmaqlarına isti və soyuq hissiyyatı yaradan xüsusi vasitə bərkidərək susuz yerinə yetiriblər. Iştirakçılar etiraf ediblər ki, güclü ağrılı hissiyyat keçiriblər. "Bu ağrı, əsla, toxumaların zədələnməsi ilə əlaqədar deyildi"- eksperimentin təşkilatçılarından biri Ancella Marotta bildirib. "Ağrı ümumi cizgilərdə faktiki hisslərlə bağlı olan dərketmədir"- professor Giandomeniko Yanneti qeyd edib.

Həmin təcrübəni əl altında olan vasitələrlə də təkrarlamaq olar: soyuq və isti sosisləri təkrarlayaraq masanın üzərinə qoymaq lazımdır. Təcrübə iştirakçısı əlini sosislərin üzərinə qoyan kimi o, kəskin və xoşagəlməz ağrıdan qışqıracaq. Biz bu cür ağrını əlimizi qar yığını altına qoyan və ya şaxtada donmuş əlimizi soyuq suya salan vaxt da hiss edirik. Ağrılı hissiyyat ona görə yaranır ki, beyin temperatur siqnalları fərqi ilə aldadılmış olur.

Tədqiqatçılar təcrübələrin gedişində müəyyən ediblər ki, əgər eksperiment iştirakçıları orta barmağı adsız və ya şəhadət barmağı ilə çarpazlasalar, ağrı hissi yoxa çıxır. Alimlərin fikrincə, insanın beyni temperatur haqda məlumatı mürəkkəb yolla alır. O, hər barmaqdan gələn siqnalları emal edərək onlardan əldə barmaqların düzülüşünə görə yox, fəzadakı vəziyyətinə görə istifadə edir. Elmi təcrübələrin rəhbəri Patrik Haqqardın fikrincə, "ağrı hissiyyatını bədənin müəyyən hissələrinin digər hissələrinə görə yerdəyişməsi yolu ilə manipulyasiya etmək olar". Alimlər ümid edirlər ki, barmaqların çarpazlaşdırılması təkcə xəyali yox, həm də real ağrıda kömək edir və onların kəşfi xroniki ağrılardan əziyyət çəkən pasientlərin həyatını yaxşılaşdıra bilər.

Daha əvvəlki tədqiqatlar nəticəsində müəyyən edilib ki, ağrının hiss olunmasında insan beyninin bədəni necə təsəvvür etməsi mühüm rol oynayır. Buna nümunə kimi cərrahiyyə əməliyyatından sonra amputasiya olunmuş ətraflarda yaranan və zamanla birlikdə keçib gedən xəyali ağrını göstərmək olar, çünki beyin bədən haqqında öz təsəvvürünü dəyişir.

Barmaqların çarpazlaşdırılması ənənəsi erkən xristianlıq dövründə yaranıb və təqiblər zamanı qaçan dindarların bir-birini tanıması üçün istifadə edilib. Sonralar belə bir inanc yaranıb ki, barmaqların çarpazlaşdırılması mütləq cəhənnəmə düşməkdən xilas edəcək.

XVI əsrdə londonlular bu jestdən pis ruhları qovmaqda istifadə ediblər. İngilislər həmçinin kimsə öskürən və ya asqıran vaxt da barmaqlarını çarpazlaşdırıblar.

Bizim günlərdə mövhumatçı adamlar barmaqlarını çətin imtahan, mühüm söhbət və ya taleyüklü görüş qarşısında uğur əldə etmək üçün çarpazlayırlar. Bir çoxları bu jestdən digərlərini aldadan və ya yalan vədlər verən vaxt istifadə edirlər.

Sizin Reklam Yeriniz