Əlaqə Arxiv
news Image
2015.04.02
21:20
| A A A
Üzə görə yaşı müəyyən etmək proqramı hazırlanıb

Çin Elmi-Tədqiqat İnstitutundan olan alimlər bioloji yaşı müəyyən edə bilən proqram təminatı hazırlayıblar.

Bunun üçün proqrama insanın fotoşəklini yükləmək lazımdır. Proqram təminatı unikal alqoritm əsasında adi dayaq nöqtələrindən istifadə edərək dəqiq yaşı zəmanətlə və səhvsiz olaraq müəyyən edir. Çinli alimlər artıq öz tədqiqatlarının ilkin nəticələri barədə fikirlərini bölüşüblər.

Alimlərin bildirdiyinə görə, insanın qocalma prosesində yalnız xarici əlamətləri və bir qədər də bədəninin forması dəyişir. Bütün bu proseslər ona görə baş verir ki, qocalma prosesinin başlaması ilə sümüklər zəifləyir, qığırdaqlar daralır və kalsium azalır.

Hazırda çinli alimlər sözügedən proqramdan istifadə edərək insanın yaşını müəyyən etmək üzrə yeni tədqiqatla məşğuldurlar.

Sizin Reklam Yeriniz