Əlaqə Arxiv
news Image
2015.04.02
20:00
| A A A
Möcüzə: Bu uşaq görənləri şoka salır

Bu körpə 197 milyon insanda bir təsadüf edilən qəribəliklə doğulub.

Amerikada dünyaya gələn Timoti Eli Thompson üz anomalı ilə doğulub.

Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, 4 martda doğulan Elinin qeyri adiliyi 197 milyonda bir insanda təsadüf edilir; onun anadangəlmə burnu yoxdur. Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Həkimlər Elinin anası Brendiyə körpəsinin burnunun olmamasının yaşamasına əngəl olmadığını bildiriblər. Uşağın nəfəs almasına yardımçı olmaq məqsədilə trakeotomi əməliyyatı edilərək nəfəs borusu açıldı.

Facebook-da 20 mindən çox təqibçisi olan balaca Eli, sosial media fenomeninə çevrilib. Elinin anası körpəsini cəmiyyətdən gizlətməyəcəyini söyləyir.

Balaca tam inkişaf etdikdən sonra estetik əməliyyatla burnuna qovuşacaq.

Rəsmi məlumatlara görə, 1931-ci ildən bu yana ABŞ-da 28 burunsuz doğum faktı qeydə alınıb.

Belə bir hadisə 2013-cü ildə İğdırda baş verib. Kimya adlı körpə burnu olsa da burun deşikləri olmadan doğulmuşdu. Həkimlərib səyi nəticəsində 5 gün içində əməliyatla açılan burun dəliyindən nəfəs almağa başlamışdı.

Sizin Reklam Yeriniz