news Image
2012.08.17
11:37
| A A A
"İtim daha karizmatikdir"
ABŞ prezidenti Obama danışığı ilə qaynanasının ürəyini qırdı.

Movqe.Az xəbər verir ki, ABŞ prezidenti Barak Obama, çərşənbə günkü seçki kampaniyası çərçivəsində nitqi zamanı jest edərək "İtim Bo, qaynanamdan daha karizmatiktir" deyib.

ABŞ-da noyabr ayında keçiriləcək prezident seçkiləri üçün Ayova əyalətinin Davenport şəhərində çıxışı zamanı həyat yoldaşı, uşaqları, qayınanası Marian Robinson və iti Bodan da bəhs edib. Obama gülərək "həyat yoldaşım danışmağa başladığı vaxt onun söylədiklərini izləmək mənə çətin gəlir, çünki evimizin içində, ən başda həyat yoldaşımın olduğu, daha sonra qızlarım, Bo, qayınanam və mənim gəldiyim bir karizma iyerarxiyası var" deyib. Ailə içində sıralama edərkən qayınanasının adını iti Bodan sonra söyləyən Obama, danışığının davamında qayınanasını sevdiyini ifadə edərək, "Açıq olmaq lazım olsa, həyat yoldaşım Mişelin gözəlliyini alan qayınanam Bodan əvvəl gəlir" deyə danışıb. Obama ailəsinin sevilən üzvü "Portuqaliyalı üzüçü iti" kimi tanınan Bo, Obamaya seçki kampaniyasında kömək edir. Seçki kampaniyası üçün oynadığı reklam filmində səs efektiyle Amerikan xalqına səslənən Bo, Obamanın başqaları kimi heyvanlara əziyyət edən bir ABŞ-lı olmadığı söyləyərək: "Səsinizi heyvansevər prezident namizədinə verin" deyib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs