Əlaqə Arxiv
news Image
2015.04.06
10:25
| A A A
Dünyanın ən kiçik toyuq yumurtası FOTO, VİDEO
Normal toyuq yumurtasından fındıq boyda yumurta çıxıb

Türkiyənin Qars vilayətində əsasən səhər yeməyi xidməti göstərən iş yerində qeyri-adi hadisə baş verib.

Movqe.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, iş yerinin sahibi Okan Poliçenin müştəri üçün tavaya sındırdığı yumurtanın içindən bir yumurta daha çıxıb.Poliçe miniatür yumurtanı nümayiş etdirdiyini, bunun müştəriləri tərəfindən maraqla qarşılandığını deyib:

"Belə bir şey nə görmüşəm, nə də eşitmişəm. Yumurtanın içindən miniatür yumurta çıxması ilə hesab edirəm ki, Qars öz adını bütün dünyada eşitdirəcək. Yumurtanı gözüm kimi qoruyuram. İş yerimdə nümayiş etdirirəm, gələn müştəriılərin diqqətini cəlb edir"."Qafqaz" universiteti Bioloji və Zooloji çoxalma kafedrasının akademiki Kadir Önk ilk dəfə belə bir şey gördüyünü, yumurtanı universitetin laboratoriyasında incələyəcəklərini deyib.

Sizin Reklam Yeriniz