news Image
2012.04.12
13:44
| A A A
Məşhur şirkət iflasa uğradı
Mövqe.az xəbər verir ki, Apple və Samsungun inkişafı dünya bazarlarında rəqabət gücünü itirən şirkətlər arasına Yapon elektronika nəhəngi olan Sony də əlavə olunub. Vergi cəzaları ilə yanaşı 8 ildir davam edən uğursuzluğunun əvəzini ağır ödəyəcək Sony 6.4 milyard dollarlıq tarixi zərərini söyləməyə hazırlanır.
Cib telefonu istehsalçısı Nokia və elektronika şirkəti olan Toshibadan sonra indi də Sony firması Amerika istehsalı olan Apple və Cənubi Koreya istehsalı sayılan Samsung ilə olan rəqabətdə uduzmuş görünür. Ötən günlərdə dünya daxilində 10 min adamı işdən çıxaracağını açıqlayan Sony-in pis xəbərləri gəlməyə davam edir. Möhkəm rəqabət mühitinə ayaqda dura bilməyən Yapon elektronika nəhəngi Sony tarixinin ən böyük zərərini ictimayyətə açıqlamağa hazırlanır.
Şirkətin 4 illik zərərinin 11.3 milyard dolları aşması gözlənilir. Sony 2012-ci ilin martında tamamlanacaq maliyyə ilə bağlı nəticələrini may ayında söyləyəcəyini bildirib.

Şirkətin yeni Üst İdarəçisi (CEO) Kazuo Hirai təşkil etdiyi mətbuat konfransında vəzifəsinin Sony-ni təkrar dirçəltmək olduğunu ifadə edərək, yenidən konfiqurasiya işləri çərçivəsində 31 mart 2011 tarixində şirkətin ümumi işçilərinin yüzdə 6-nı təşkil edən təxminən 10 min adamın işinə son veriləcəyini bildirib.

Əfqanə Məzahirqızı

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs