Dünyanın ən bahalı şirkətinin adı məlum olub
Amerikanın "Apple" şirkəti dünya tarixində
indiyədək mövcud olan ən bahalı şirkətə çevrilib. Buna səbəb
şirkətin səhmlərinin qiymətinin növbəti rekord vurmasıdır. Nəticədə
"Dow Jones" indeksinə əsasən aparılan hesablamalara görə, hazırda
şirkətin bazar qiyməti 620 milyard dollar təşkil edir.
Bundan əvvəlki rekord ABŞ-ın "Microsoft" şirkətinə məxsus idi. "Windows" əməliyyat sisteminin yaradıcısı olan "Microsoft"un bazar qiyməti 1999-cu ildə 619 milyard dollar olub.
Biznes analitiklərin fikrincə, "Apple"nin qiymətinin artmasına investorların şirkətin iPhone 5 və iPad kimi məhsulları ilə bağlı əminliyi səbəb olub.
Qeyd edək ki, əsası Stiv Cobs tərəfindən qoyulan "Apple" şirkəti kompüter texnikası, mobil telefon və proqram təminatı istehsalçısıdır.