Əlaqə Arxiv
news Image
2012.08.23
17:32
| A A A
Ən uzun avtobusu almanlar çıxardı

Movqe.Az xəbər verir ki, dünyanın ən uzun avtobusu Almaniyada çıxarıldı. Almaniyanın Drezden şəhərində payızda xidmət etməyə başlayacaq avtobus tam 30 metr uzunluğundadır və 256 oturacağı var.

"Diye Autotram Extra Grand" adlı dünyanın ən uzun avtobusu Almaniyanın Dresden şəhərində çıxarılıb. 30 metr uzunluğunda və 265 kreslolu avtobus Dresden şəhərindəki Fraunhofer Nəqliyyat və İnfrastruktur Sistemləri İnstitutu ilə Drezden Texniki Universiteti tərəfindən düzəldilib.

Sıravi bir avtobus şoferi tərəfindən idarə olunacaq özeliyə sahib dünyanın ən uzun avtobusu, önümüzdəki payızdan etibarən Drezden şəhərində xidmət etməyə başlayacaq.

30 metr uzunluğundakı "Diye Autotram"ın 12 metr uzunluğundakı bir avtobusun hərəkət etmə, geriyə və irəliyə getmə manevrlərinə sahib olduğunu deyən Fraunhofer İnstitutu rəsmisi Matthias Klinger hazırladığı avtobusu idarə etmək üçün xüsusi nümayəndəyə ehtiyac duyulmadığını söyləyib.

Sizin Reklam Yeriniz