Əlaqə Arxiv
news Image
2012.04.12
16:55
| A A A
Hədəfim İsrail deyil
Mövqe.az xəbər verir ki, Almaniyalı yazıçı  Günter Grass İsrailə qarşı yazdığı tənqidi şeir barəsində  aldığı reaksiyalar səbəbindən  geriyə addım atıb.
Grass şeirdə ümumi mənada İsraili tənqid etmək istəmədiyini, problemin İsrailin Baş naziri Binyamin Netanyahuda olduğunu söyləyib. Yazıçı  "Şeirdə ümumi mənada İsrail sözünü istifadə etməmişəm" deyib. Mən hökuməti tənqid etmişəm. Netanyahu ölkəyə ən çox zərər verən şəxsdir" .
Grassa qarşı olan reaksiyalar səngimək bilmir. İctimai Demokratiya  Partiyası  Grassın əyalət seçkiləri üçün kampaniya dəstəkçiləri arasından çıxarıldığını söyləyib. İsrail Yazıçılar  dərnəyi də Grassı üzrxahlıq etməyə çağırıb. Ancaq Alman sülh aktivistləri Grassı dəstəkləyiblər. İsrailin Berlin  üzrə  olan köhnə səfiri Avi Primor isə bir şeirə görə  İsrail tərəfindən 'istənməyən adam "elan edilən və  İsrailə girişi qadağan edilən Grassa yönləndirilmiş reaksiyaların şişirdilmiş olduğunu söyləyib.

Əfqanə Məzahirqızı

Sizin Reklam Yeriniz